İstismar xidmətləri üzrə Böyük Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: İstismar xidmətləri üzrə Böyük Mütəxəssis
Yerləşmə: Baş Ofis
Departament: Marketin İnkişafı

Vəzifə öhdəlikləri:
- Market binalarının ümumi nəzarətini təmin etmək.
- İstismar xidmətləri üzrə Menecerə kömək etmək və bütün texniki xidmət və təmizlik işlərinin düzgün şəkildə aparılmasını təmin etmək.
- Marketlərdən və digər departamentlərdən ümumi sorğulara nəzarət etmək və planlar hazırlamaq.
- Bütün zəruri sənədləri doldurarkən bütün yaranmış gözlənilməz halları aradan qaldırmaq.
- Texniki nəzarətçilərlə əlaqə saxlamaq və onları İstismar xidmətləri üzrə Menecerin təlimatlarına əsaslanan planlar barədə məlumatlandırmaq.
- Gündəlik ehtiyaclar, problemlər və müştəri rəyləri barədə nəzarətçiyə məlumat vermək.
- Suallara cavab verməyi bacarmaq, zəruri və təcili sualları müvafiq nəzarətçiyə yönləndirmək.
- Bütün sifarişləri etmək və onların yerinə yetirilməsini İstismar xidmətləri üzrə Menecerin təlimatlarına uyğun olaraq izləmək.
- Marketlərdən gündəlik planlar, ehtiyaclar, problemlər və müştəri rəyləri barədə mühəndislərə və texniki nəzarətçilərə məlumat vermək.

Namizədə tələblər:
- Orta/Ali təhsil.
- Azərbaycan və İngilis dilləri üzrə biliklər.
- MS office proqlamlarında işləmək bacarığı (Excel üzrə biliklər mütləqdir).
- İstismar xidmətləri və ya texniki dəstək sahələrində azı 1 illik iş təcrübəsi.
- Planlalama üzrə bacarıqlar.
- Hesabatlıq üzrə bacarıqlar.
- Vaxtın idarə edilməsi üzrə bacarıqlar.

Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına " İstismar xidmətləri üzrə Böyük Mütəxəssis " başlığı ilə müraciət edə bilər.
Son müraciət tarixi: 2021-10-24