İT Biznes Analitik

Şirkət haqqında
Əmək haqqı
1400-1800

İş haqqında

Vəzifə öhdəlikləri:
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə - UML diaqramlarının (use case)) hazırlanması;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Ödəmə Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;

Vakant vəzifə üzrə tələblər:
- Sahə üzrə 2 il iş təcrübəsi
- Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsində Ali təhsil;
- Ödəmə sistemləri, BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri üzrə analitik qabiliyyətin olması;
- Web servis üzrə biliklər: Arxitektura növü (Rest/Soap) ;
- APİ Server-lərin sorğulanması bacarığı;
- Sorğulama formatları (JSON / XML) barədə anlayış;
- Sistemlərin arxitekturasını başa düşmək;
- Verilənlər bazasının sorğulanması üzrə biliklər;
- Texniki tapşırıq (istifadəçi və texniki səfiyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
- Microsoft Office (Excel, Visio, PowerPoint, Word), Macros;
- Xarici dil bilikləri - İngilis və Rus dili (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) ;

İş şəraiti :
- Ofis daxili;
- Əmək haqqı 1400-1800 AZN (net)
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “İT, biznes analitik” yazılmalıdır.
Son müraciət tarixi: 2021-05-23