İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Proqram / Layihə idarə edilməsi sahəsində minimum 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( texniki )
- İnformasiya Texnologiyaları və trendləri barəsində biliklər
- ERP anlayışı və CRM bilikləri;
- Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə
- Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı

Vəzifələr:
- Lahiyə öncəsi sifarişçinin tələblərini müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq;
- Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
- Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək;
- Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək;
- Layihə idarə edilməsi proqramları üzərindən Layihələrin statusun müəyyən etmək
- Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı : 1000 AZN (Daha dəqiq müsahibə əsasında bildirilcək)

Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-09-16