İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Reporter)

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
- Müxtəlif Məlumat bazaları ilə (MS SQL, Postgre SQL və s.) iş bacarığı
- İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
- Qlikview və Qlik Sense proqramları üzrə biliklərin olması arzuolunandır
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı

Vəzifələr:
- Müxtəlif hesabat proqramlarından istifadə etməklə dinamik hesabatların hazırlanması.
- Birdəfəlik istifadə məqsədli hesabatların hazırlanması.
- Hesabatlar üzərində müəyyən analitik təhlillərin aparılması
- Mövcud hesabatlar üzrə optimallaşdırma və dəstək işlərinin görülməsi

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı : 1000 AZN (müsahibə əsnasında təyin olunur)

Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Reporter)” qeyd etmələri xahiş olunur.

Son müraciət tarixi: 2022.01.27