IT Proseslərin idarəedilməsi mütəxəssisiIT Proseslərin idarəedilməsi mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- IT xidmətlərin idarəedilməsi üzrə proses və prosedurları, təlimat və qaydaları tərtib etmək
- Biznes proseslərə əsaslanaraq informasiya və iş axınını müəyyənləşdirmək, beləliklə IT proseslərinin təsnifatını (process statement) və blok sxemləri tərtib etmək
- Korporativ dəyərlərə əsasən prosedurların icrası üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
- Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək
- Korporativ IT sözlük tərtib etmək və onun tətbiqini həyata keçirmək

Texniki tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
- ITIL, ISO20000 və/vəya ISO27K üzrə müvafiq sertikatların olması
- BPMN 2.0 Framework üzrə biliklərin və iş təcrübəsinin olması
- İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)

Bacarıqlar:
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
- Komanda şəklində işləmə bacarığı
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
- Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT Proseslərin idarəedilməsi mütəxəssisi” yazılmalıdır.
Son müraciət tarixi: 2021-10-13