IT Senior Developer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 30 Noyabr 2021
Müqavilə müddəti : Daimi

İT Böyük Proqramçı biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaqda məsuliyyət daşıyır. Java, J2EE və Spring Framework üzrə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

İT Böyük Proqramçı olaraq sizin vəzifə öhdəlikləriniz:
- Proqram təminatının yaradılması üzrə tam prosesi həyata keçirmək;
- İnformasiya ehtiyaclarını öyrənməklə biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaq və istifadəçilərlə müzakirələr aparmaq;
- Sistemlərin işləməsi, məlumatların istifadəsi, iş prosesləri və problemli sahələri araşdırmaq;
- Proqram təminatı komponentlərini tam işlək proqram təminatı sisteminə, bütün müvafiq ekosistemlərə və digər şəbəkə elementlərinə daxil etmək;
- Düzgün proqram təminatı sənədləri, blok-sxemlər, sxemlər, diaqramlar, cədvəllər, interfeys təsvirləri, kodlarla bağlı şərhlər və düzgün kodları təmin etməklə proqram təminatının funksionallığını sənədləşdirmək və müvafiq səviyyədə saxlamaq.

Vəzifənin tələbləri:
- Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlük hesab olunur);
- Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
- Java, J2EE və Spring Framework üzrə mükəmməl bilik;
- Microservice Arxitekturası üzrə təcrübə;
- Linux əməliyyat sistemi üzrə bilik;
- Məlumat bazası arxitekturası üzrə müfaviq bilik;
- SQL dili üzrə müvafiq bilik;
- Apache Kafka üzrə təcrübə;
- Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 28 noyabr 2021