Jira üzrə administrator

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas tələblər:
- Jira, Confluence, Git ilə işləmə bacarığı
- Güclü analitik təhlil və riyazi bacarıqları;
- Test metodlarını istifadə etmə bacarığı;
- Problemlərin səmərəli araşdırılması və köklü həlli üçün səylərin göstərilməsi
- Sistemin və servisin vəziyyətinin davamlı monitorinqi və müəyyən edilmiş problemlərə fəal şəkildə cavab verilməsi
- Məsuliyyətlilik, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

İxtisas tələbləri:
- Jirada ən azı 1 il təcrübə
- Microservices arxitekturasının dəstəyi üzrə anlayışlar
- Skript dilləri ilə minimal təcrübə və ya anlayışlar arzuolunandır (məsələn, Bash, PHP, Perl, Pythn, Javascript)
- Müəssisədə müştəri-server sistemləri üçün performans, təhlükəsizlik və ölçülə bilən ehtiyaclarını anlamaq
- Azərbaycan dili. İngilis, Rus dilləri (arzu olunandır)
- Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində) arzuolunandır

İş şərtləri və şəraiti:
- Tibbi sığorta
- Mükafat və bonus sistemi
- Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Jira üzrə administrator” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-24