Junior Data Scientist

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Qrup Risklərin idarəedilməsi departamentində modellərin hazırlanması və saxlanmasına töhfə vermək;
- Layihə tələblərinin qarşılanması üçün və layihənin icrası risklərinin azaldılması üçün sualların/çətinliklərin cavablandırılması üçün aktiv faliyyət;
- İstifadədə olan cari ekonometrik və maşın öyrənmə modellərinin idarə edilməsi və təkmilləşdirilməsi;
- Müxtəlif maşın öyrənməm modellərinin dərindən öyrənilməsi üçün komanda ilə sıx əməkdaşlıq;
Məlumatların birləşdirilməsi, nəzarət edilməsi, sorğulanması və çıxarması üçün alqoritmlər yaradılması və təcrübə edilməsi;
- Keçmiş modellər haqqında sənədlərin oxunması və onların tənzimlənməsi;
- Modelin təsdiqlənməsi üçün müxtəlif məlumat dəstlərinin sınaqdan keçirilməsi;
- Məlumat ehtiyaclarının anlaşılması və nəticələrin baş data ekspertinə bildirmək üçün həm şifahi, həm də yazılı şəkildə aydın və ardıcıl ünsiyyətin qurulması;
- Məlumat toplama üsullarının təkmilləşdirilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Uyğun sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 3 il peşəkar təcrübəsi;
- Proqramlaşdırma Dilləri (Python və R), maşın öyrənmə çərçivələri və kitabxanaları üzrə biliklər;
- Alqoritmik biliklərlə yanaşı yüksək sviyyədə ekonometrik və ya statistik biliklər;
- MS Office proqramlarının mükəmməl biliyi;
- Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dili üstünlükdür;
- Sahə ilə əlaqədar sertifikasiyalar/lisenziyalar üstünlükdür;

Müraciət etmə qaydaları:
- Mövzu sətrində “Data elmi üzrə kiçik ekspert” qeyd olunmalıdır;

CV-lər 07 fevral, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.