Kargüzar

Şirkət haqqında
Əmək haqqı
250

İş haqqında

- Daxil olan müraciətləri qəbul edir, qeydiyyatdan keçirir və struktur bölmələrinə göndərir
- Müəssisə, idarə və təşkilatların rəhbərlərinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir
- Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparır, onların yerinə yetirilməsinə nəzarət edir, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışlar verir
- İcra olunmuş sənədləri ünvanlarına yola salır
- Alınmış və yola salınmış müraciətlərin uçotunu aparır, cari arxivin sənədlərini sistemləşdirir və mühafizə edir
- Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb müəssisə, idarə və təşkilatların arxivinə təhvil verir
- Xidməti sənədlərin mühafizəsini təmin edir
- Əmək haqqı: 250
- İş rejimi: 6 gün, həftəlik 40 saat

Namizədə tələblər
- Təhsil dərəcəsi: Bakalavriat
- Kompüter bilikləri:MC Office
- Dil bilikləri:Azərbaycan dili -əla
- Təcrübə:Müvafiq sahədə minimum 6 ay- 1 il
- Yaş həddi:21-40

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Kargüzar (Bərdə PİEZ)” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız Bərdə üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.

Son müraciət tarixi - 16.04.2021