Kart əməliyyatları şöbəsinə Köşklərin dəstəyi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Görəcəyiniz işlər:
- Köşklərdə ödəmə və ya ödəmələrlə bağlı proqram təminatlarında aşkarlanmış xəta və səhvlərin aradan qaldırılması;
- Prosesinq mərkəzini əhatə edən mövcud proqramlarda və ödəniş servislərində baş verən xətaların istehsalçı şirkətlə müzakirə edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
- Köşklərdə uğursuz ödənişlə bağlı məlumatın monitorinq vasitəsi ilə alındığı andan etibarən onun analiz edilməsi və aradan qaldırılması;
- Köşklərin fasiləsiz iş fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti şöbələrlə koordinasiya işlərinin aparılması və daxil olan sorğuların icrası.

Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi/IT təhsilli;
- İnduktiv və analitik təhlil bacarığına sahib;
- Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
- Komandada işləmək bacarığına sahib;
- Bank, klirinq-ödəniş xidmətləri göstərən təşkilatlarda və ya İnformasiya Texnologiyaları sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Problemləri həll etmə bacarığına malik olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini abbcareers@abb-bank.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Köşklərin dəstəyi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

Son müraciət tarixi: 2021-08-15