Kassir/Baş kassir

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Ödəniş avadanlıqlarının inkassasiya əməliyyatlarını həyata keçirmək.

Namizədə tələblər:
• Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
• Yüksək ünsiyyət bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kassir/Baş kassir (Şirvan) qeyd etməklə 15 oktyabr 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.