Kateqoriya meneceri (Qeyri-qida üzrə)

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər
- Ali təhsilli olmalı;
- Uyğun sahədə bu vəzifə üzrə iş təcrübəsi ən azı 1 il;
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dili arzu olunandır;
- MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:
- İdarə etdiyi məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq,layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
- Marka/məhsul performansını müşahidə edərək təhlil etmək.

İş şəraiti
- 5 günlük iş həftəsi;
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı razılaşma yolu ilə (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).

Vakansiyaya müraciət üçün CV-ləri “Kateqoriya meneceri (Qeyri-qida üzrə)” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi 01 may 2021