Kateqoriya meneceri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şirkətin satış planın formalaşdırılmasında iştirak etmək
- Öz illik satış planını hazırlamaq, şirkətin Direktoru tərəfindən təsdiqlənməsini təmin etmək
- Bazar və müştəri barəsində araşdırma və analizlər etmək
- Müştəriyə uyğun yanaşma tərzlərini müəyyən edərək, müştəri axtarışında iştirak etmək
- Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək
- Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək.
- Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək:
- İl ərzində satılmış malların siyahısını 1C proqramından çıxarmaq və analiz etmək
- ən çox satılan malların siyahısını hazırlamaq
- Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək
- Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək
- Təchizatçı şirkət siyahsının və stokun, iclas keçirilərək təsdiq edilməsini təmin etmək

NAMİZƏDƏ TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikaları
• Satış texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək
• Texnolojik məlumatlılıq
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması)

Emosional bacarıqlar və vərdişlər:
• Detallara diqqətli olma
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq

• Staj: 1 il
• Yaş həddi: 21—35yaş
• İş rejimi: Tam iş günü (5 gün)

Əmək haqqı: Müsahibə əsasında
Bitmə tarixi: 30.05.2021
Maraqlanan şəxslərdən "Kateqoriya Meneceri" başlığı altında cv-lərini samira1hr.dep@gmail.com elektron ünvanına göndərməsi xahiş olunur