Katibə/ ümumi işlər üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Vəzifə öhdəliklər:
- Şirkətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq sədr müavininə təqdim etmək;
- Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
- Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Şirkətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra sədr müavininə təqdim etmək;
- Rəhbərliyin şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
- Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələblər
- Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri arzuolunandır.
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və məxfilik;
- Sənədlərlə işin və kargüzarlığın düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları.
- Ali təhsil;
- Uyğun sahədə minimum 1 il iş təcrübəsi.
- Qadın namizəd.

Əmək haqqı: 800 manat (Vergi və digər ödənişlər daxil olmaqla)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Katibə/ ümumi işlər üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-04-25