Keyfiyyət idarəetmə sistemləri üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
1500

İş haqqında

Vəzifəyə tələblər:
- Cəmiyyətin biznes prosesləri ilə bağlı yeni qaydaların hazırlanması və İSO 9001 KİS tələblərinə uyğun prosedurların tərtibinin təşkili.
- Biznes proseslərin təkmilləşdirilməsi və daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
- Biznes proseslərinin optimallaşdırılması üzrə işlərin aparılması;
- Cəmiyyətin struktur bölmələrində KİS üzrə sənədlərin və prosedurların, o cümlədən,təlimatların hazırlanması və razılaşdırılmasını təmin etmək;
- İSO 9001 KİS üzrə Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasının təşkili.
- Şirkətin struktur bölmələri üzrə KPİ –ların hazırlanmasını təmin etmək.
- Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
- Cəmiyyətin struktur bölmələrinin idarəetmə sistemi üzrə daxili auditlərin aparılması.
- Cəmiyyətin prosesləri,prosedurları,qaydalarını əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə İştirak etmək;
- Məhsuldarlıq,keyfiyyət,xərclər və vaxtın idarəedilməsi ilə bağlı iş prosesləri üzrə davamlı təhlillərin aparılması.

Namizədə tələblər:
- Ali təhsilli;
- Yaş həddi: 25-45.
- Bu sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- İdarəetmə sistemləri üzrə İSO sertifikatlarına malik olması. (İSO 9001:2015);
- Azərbaycan dilini mükəmməl bilmək, İngilis və Rus dillərini bilmək arzu olunandır;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

E-mail: hr@agrowestdc.az
Əmək haqqı: 1500 azn
İş rejimi: Həftədə 6 gün

Son müraciət tarixi: 2021-09-01