Keyfiyyət üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Qida mühəndisliyi üzrə ali təhsil
- bu vəzifədə ən az 3 il iş təcrübəsi
- Səliqəli, punktual
- İşinə məsuliyyətli və diqqətli yanaşma

Vəzifə öhdəlikləri:
- Məhsulların keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqların yerinə yetirilməsini təmin etmək
- Məhsulların uyğunluğunu təmin etmək üçün müəssisə bölmələrinin fəaliyyətinə nəzarət etmək
- Keyfiyyət idarəetmə sisteminin hazırlanmasında, təkmilləşdirilməsində və tətbiq edilməsində, keyfiyyət göstəricilərinin standartlarının və normalarının yaradılmasında, onlara riayət olunmasına nəzarətdə iştirak etmək
- Məhsul istehsalının müxtəlif mərhələlərində əldə edilən məlumatların təhlili, inkişaf etdirilən və istehsal olunan məhsulları xarakterizə edən keyfiyyət göstəriciləri və müəyyən edilmiş tələblərə cavab verməyən məhsulların buraxılmasının qarşısını almaq üçün tədbirlər görmək
- Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların buraxılmasına səbəb olan səbəblərin öyrənilməsi, , onların aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək

İş barədə məlumat:
- Altı günlük (növbəli) iş rejimi
- Rəsmi qeydiyyat
- Ödənişli məzuniyyət
- Nahar yeməyi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@azza.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Keyfiyyət üzrə mütəxəssis” qeyd olunmaqla, göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-18