Keyfiyyət və SƏTƏM üzrə Mühəndis

Şirkət haqqında
Əmək haqqı
700-800

İş haqqında

Tələblər:
- Təhsil: Ali, Mühəndis-mexanik və ya Dağ mühəndisi
- Neft-mədən avadanlığını tanımalıdır
- Materialın mexaniki və termik emalı üzrə texnoloji proseslər üzrə biliklər
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
- ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
- ISO, ГОСТ, AZS və TŞ tələbləri üzrə biliklər
- SƏTƏM üzrə biliklər
- MS Office proqramlarını səlis bilməlidir
- İş təcrübəsi – maşınqayırma və ya neft sahəsində 3 ildən artıq!

Əsas vəzifələr:
- Avadanlığın və məhsulların istehsalı üzrə texnoloji intizamın izlənməsi;
- Istehsal proseslərinin ISO keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət edilməsi və müvafiq sənədlərin işlənməsi;
- Istehsal olunan avadanlığının və məhsulların keyfiyyətinin ISO, ГОСТ və TŞ üzrə tələblərə uyğun yoxlanması və müvafiq sənədlərin işlənilməsi;
- Əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası üzrə vəziyyətə nəzarət edilməsi və müvafiq sənədlərin işlənməsi;
- Digər texniki sənədlərin işlənilməsi;
- Hesabatların hazırlanması;

İş şəraiti:
- İş yeri - Balaxanı qəsəbəsi;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Aylıq maaş: 700-800 AZN
- Şirkət tərəfindən isti yemək
- Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyət və SƏTƏM üzrə Mühəndis” qeyd edərək öz CV-lərinizi ang.group@mail.ru elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-08-26