Keyfiyyətə nəzarət edilməsi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:
- Ali texniki təhsil (Standartlaşdırma və metrologiya üzrə)
- Metal əritmə sahəsində Keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi.
- Kompyuter bilikləri: Word, Excel, Outlook,

İş öhdəlikləri:
- Cəmiyyətin istehsal etdiyi məhsulların müvafiq standartlara və texniki sənədlərin tələblərinə, müqavilələrin şərtlərinə uyğun olaraq keyfiyyətinə nəzarətin təmin edilməsi,
- İstehsalat prosesinin bütün mərhələlərində və sifarişçilərə göndərilənə qədər hazır məhsulun Cəmiyyətin bölmələrində və anbarlarında düzgün saxlanmasına nəzarət edilməsi.
- Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə, keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqinin, bu məqsədlər üçün xüsusi vasitələrin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasının təmin edilməsi.
- Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasını, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılmasının təmin edilməsi.
- İstehsalata və hazır məhsulların keyfiyyətinə ciddi nəzarət edilməsi, uygunsuzluq aşkarlandıqda dərhal problemi həll eləmək üçün tədbirlər görülməsi, təkliflər irəli sürülməsi.
- Texnoloji proseslərin aparılması qaydasını, avtomatik, elektronik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli;
- İstehsalat və əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına ciddi riayət etmək.

İş qrafiki:
- 6 günlük iş norması,
- Nahar şirkət tərəfindən verilir.
- Servis təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına (“keyfiyyətə nəzarət edilməsi üzrə mütəxəssis” başlığı ilə) göndərə bilər.
Son müraciət tarixi: 2022.02.09