Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
- Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
- Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsində hüquqi və fiziki şəxslərə xidmət üzrə) 2 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Təhliletmə və operativ işləmə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 iyun 2021-ci il tarixinədək email-in mövzu hissəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.