Keyfiyyətə nəzarət üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali təhsil (mütləq)
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Iş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzu olunandır)
- Yaş: 30-55
- Cins : Kişi
- Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
- Kompüter bilikləri: Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı

Bilməlidir:
- İSO 9001:2015 standartının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

Vəzifə öhdəlikləri:
- Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
- Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
- Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi
- Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
- Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Keyfiyyətə nəzarət üzrə mühəndis ” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-09-15