Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələb olunan iş bacarıqları:
- Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
- Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
- Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi;
- Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
- Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili arzuolunandır.
- Təhsili: ali
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:
- İSO 9001:2015 standartının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:
- 5 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;

Tələblərə cavab verən namizədlər CV-ləri mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” göstərməklə sona.adili@fasad-f.az mailinə göndərə bilər.
Son müraciət tarixi: 2021-07-16