Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə: Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət Şöbə müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

Vəzifə öhdəlikləri:
- Şirkətdaxili və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsdiq olunmuş ana proseslərin işləyişinə nəzarət ermək;
- Şirkətin keyfiyyət üzrə məqsədinin və siyasətinin yaradılmasında iştirak etmək;
- Keyfiyyət Siyasətinin hazırlanmasını, yenidən işlənməsini, təsdiqlənməsini, paylanmasını, yayımlanmasını, işçilərə elan edilməsini və işçilərin keyfiyyət şüurunun artırılmasını təmin etmək;
- İşçi heyətin keyfiyyət üzrə sertifikasiyası sahəsində tədris kurslarının həyata keçirilməsinin izlənməsi;
- Tənzimləyici və qabaqlayıcı tədbirlərin işlənib hazırlanmasında iştirak, struktur bölmələrində və tabeçiliyində olan müəssisələrdə onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- İnteqrəedilmiş Menecment sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
- Müəssisənin struktur bölmələrində İnteqrəedilmiş Menecment sistemi çərçivəsində daxili auditlərin planlaşdırılmasının və keçirilməsinin təşkilində iştirak edilməsi;
- Sertifikat və nəzarət auditlərinin və digər nəzarət orqanlarının yoxlamalarına hazırlanması və keçirilməsinin təşkili;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:
- İSO 9001:2015, İSO 22000:2018, İSO 10002, İSO 45001:2018 və İSO 14001:2015 standartlarını bilməli;
- İş planlama və təşkil etmə bacarığı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- MS Office proqramlarını əla səviyyədə bilməli;
- Rus və İngilis dilini əla səviyyədə bilməli(mütləqdir);

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “KT və KN Şöbə müdiri” yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: 2021-07-29