Keyfyyətə Nəzarət üzrə Mühəndis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarəedilməsi Planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət;
- Tikinti prosesinin izlənməsi , keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə Layihə Menecerinə məlumat verilməsi;
- Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
- Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
- Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Audit nəticələri ilə bağlı Layihə Menecerinə hesabat verilməsi;
- Keyfiyyətin idarəedilməsi mövzusu ilə bağlı iclaslarda iştirak;
- Keyfiyyət gösətricilərinə uyğun Subpodratçıların qiymətləndirilməsi və seçimi ilə bağlı SƏTƏM və Layihənin digər müvafiq əməkdaşaları ilə sıx mütamədi əlaqə;
- ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi;
- Sub- podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi;
- Layihə üzrə Keyfiyyətə nəzarət üzrə Təlim Planınının hazırlanması və həyata keçirilməsi;
- Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq hesabatın hazırlanması və Rəhbərliyə təqdim edilməsi.

Tələb olunan göstəricilər:
- Mühəndislik ixtisası üzrə Ali təhsil;
- Neft sənayesi və ya inşaat sahəsində müvafiq sahədə ən azı 7 illik iş təcrübəsi;
- Beynəlxalq Layihə və ya Təşkilatda iş təcrübə mütləqdir;
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
- ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
- RFI Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
- Komandanı idarə və motivəetmə bacarıqları;
- Güclü analitik düşünmə bacarıqları;
- Azərbaycan və İngilis dil bilikləri (Rus dili biliyi üstünlük təşkil edir).

İş şəraiti barədə məlumat:
- İş rejimi: həftənin I – VI günləri

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Keyfiyyətə Nəzarət üzrə Mühəndis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-06-03