Kiçik əməliyyatçı-xəzinədar

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
- Microsoft Office proqramlarını bilməli;
- Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
- Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
- Analitik problem həlletmə bacarığı olmalı.

İş haqqında məlumat:
- ATM (Exchange və sairə) terminalların inkassasiyasını həyata keçirmək, aktlaşdırmaq, terminal yerləşdirilmiş və çıxarılmış nağd pul vəsaitlərini müvafiq balans hesabları ilə müqayisə etmək, doğru və düzgün müxabirləşmələri sistemə daxil etmək;
- Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
- Əməliyyat gününün sonunda özü tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
- Filialın kassasına daxil olan(inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların sayılması, çeşidlənməsi və sairə işlərdə digər əmədaşlara dəstək vermək;
- Göstərilmiş xidmətlərə görə faizləri və komissiyaları təyinatı üzrə tutmaq (sistemdə onaylamaq və ya giriş etmək);
- Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
- Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;
- Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək
- Müştərilərə bank məhsulu və xidmətləri haqqında məlumat vermək, çarpaz satış etmək və müştəri məmnuniyyətini ön planda tutacaq şəkildə aparmaq, müştəri şikayətinin zamanında həll edilməsi üçün lazımi tədbirlər görmək.

İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına ``Kiçik əməliyyatçı-xəzinədar (Bakı/İmişli) `` başlığı ilə göndərə bilərlər.

Son müraciət tarixi: 2021-07-03