Kiçik Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin tərtib olunması və göndərilməsinə nəzarət edilməsi;
- Müqavilələri hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Mövcud müqavilələrə əlavə razılaşmaların layihələrini hazırlamaq;
- Müqavilənin mətninin razılaşdırılmasıyla bağlı danışıqlarda iştirak etmək;
- Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
- Müqavilənin icrası zamanı yaranmış problemləri təhlil etmək, yaranmış problemlərin həlli üçün müvafiq tədbirlər görmək;
- Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının təşkil edilməsi;
- Zəruri hallarda Şirkətin maraqlarının dövlət qurumlarında təmsil edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların icrasını təmin etmək.

Tələblər:
- Ali hüquq təhsili;
- Kommersiya hüququ sahəsində zəruri biliklərin olması;
- Yaş həddi: 24-40;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzu olunandır;
- Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
- Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
- Mülki-hüquqi müqavilələrlə işləmə və təhliletmə bacarığı;

Təminatlar:
- Peşəkar ünsiyyət qurma bacarığı, fikirlərin şifahi və yazılı şəkildə səlis şəkildə çatdırmaq bacarığı;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
- Komandada işləmə bacarığı.

Maraqlanan namizədlər mövzu yerində “Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-08-12