Kiçik hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şirkət fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;
- Hüquqi rəylərin hazırlanması;
- Böyük həcmdə daxili korporativ hesabatlarla işləməsi;
- Sanksiya siyahıları da daxil olmaqla podratçıların qüvvədə olan daxili qaydalara uyğun yoxlanılmasını həyata keçirir;
- İşçilər və şirkətin nümayəndələri üçün etibarnamələrin (notarial təsdiq də daxil olmaqla) hazırlanması və rəsmiləşdirilməsinin həyata keçirilməsi, habelə verilmiş etibarnamələrin reyestrinin aparılması;
- Təsis sənədlərin surətlərinin rəsmiləşdirilməsinin (notarial təsdiq də daxil olmaqla) həyata keçirilməsi;
- İşəgötürənin Notariat xidməti ilə bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
- İş icazəsi və müvəqqəti yaşayış haqqında soruğuların göndərilməsinə və bu barədə arayışların əldə edilməsinə nəzarətin həyata keçirilməsi;
- Müqavilələrin hüquqi ekspertizasının və razılaşdırılmasının həyata keçirilməsi;
- Kontragentlər ilə bağlı iddia və tələblərin həllinin həyata keçirilməsi;
- Müqavilələrin razılaşdırılması üçün podratçilarla danışıqlar aparılması;
- Şirkətin kommersiya və inzibati-təsərrüfat fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
- Reklam materiallarının hüquqi ekspertizasını həyata keçirilməsi;
- Şirkətin lisenziya, icazə və/və ya akkreditasiya almasını tələb edən fəaliyyət istiqamətlərinin hüquqi hissəsini həyata keçirilməsi.

TƏLƏBLƏR:
- Hüquq sahəsi üzrə ali təhsili;
- Ən azı 3 il korporativ-hüquqi sahədə iş təcrübəsi;
- MMC, ASC və QSC ilə iş təcrübəsi;
- Müqavilələri ilə ən azı 3 il iş təcrübəsi;
- Kontragentlərlə müqavilələr bağlanan zaman şirkətin mövqeyini hüquqi əsaslarla müdafiə etmək, habelə şirkətin riskləri, qanunvericiliyin tələbləri və podratçının istəkləri arasında balans tapmaq bacarığı;
- Səriştəli şifahi və yazılı nitq, düşüncələri qısa və məntiqli qurma bacarığı;
- Sənədlərin hazırlanmasında diqqətlilik, məsuliyyət, çalışqanlıq, operativlik;
- Bir neçə tapşırığı eyni vaxtda yerinə yetirmək bacarığı;
- Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla; İngilis dili – əla;
- Qabaqcıl PC istifadəçisi;

Əsas bacarıqları:
- Korporativ hüquq
- Müqavilə hüququ
- Əmək hüququ
- Maliyyə hüququ
- Təsərrufat hüququ

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 04.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kiçik hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.