Kiçik Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Bütün maliyyə əməliyyatlarının 1C (8.3 versiyası) mühasibat proqramında əks olunması;
- Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirmək;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanması;
- DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Mədaxil – məxaric orderlərinin yazılması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Elektron Qaimələrin göndərilməsi.

Vəzifə üzrə tələblər:
- Maliyyə və Mühasibat sahəsində ali təhsil;
- Mühasibatlıq üzrə ən azı 1 ilə qədər iş təcrübəsi;
- Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
- Vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək;
- Detallara qarşı diqqətlilik, məsuliyyətlilik;
- İşgüzarlıq və təzyiqə davamlılıq;
- 1C 8.3, BTP, MS Office (xüsusilə MS Excel)
- Online kargüzarlıq və e-qaimə portallarından istifadə etmə bacarığı;

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Kiçik Mühasib”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-23