Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
- Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
- Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
- Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması.

Namizədə tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
- Yüksək səviyyədə satış etmək bacarığı;
- Korporativ müştərilərlə işləmək bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Xaçmaz filialı) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.