Kiçik xəzinədar/Xəzinədar

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Internet);
- Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
- İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
- Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
- Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədar” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.