Kimyaçı mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
- Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslanmasını təmin etmək
- Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik,aylıq,illik hesabatlılığını tərtib etmək;
- İstismar olunan cihazların və reaktivlərin xüsusi norma və tələblərə uyğun isitifadə olunmasına nəzarət etmək;
- Kimyəvi məhlulların, reaktivlərin xüsusi istifadə qaydalarına əməl olunmasını təmin etmək və istifadə müddətinə nəzarət etmək;
- Kimyəvi məhlulların hazılanması və reaksiyaların aparılmasını təmin etmək;
- Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət etmək;
- Yeni tədqiqat və analiz metodlarını araşdırmaq, təkliflər etmək və əsaslandırmaq;
- Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək.

Namizədə tələblər:
- Ali təhsil (Kimya üzrə);
- Sahə üzrə 2 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- MS Office üzrə biliklər.

Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kimyaçı mühəndis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.