Kontent üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
500-600

İş haqqında

Əsas vəzifə öhdəlikləri:
- Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq;
- Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq;
- Sosial media və vebsayt məzmununu inkişaf etdirmək üçün həmkarları ilə daim ünsiyyətdə olmaq;
- Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək;
- SEO-ya uyğun olaraq, məzmunu optimallaşdırmaq;
- Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək;
- Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.

Əsas tələblər:
- Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi;
- MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə;
- SEO və veb trafik göstəriciləri üzrə bilik;
- Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür);
- Azərbaycan, rus, ingilis dillərində mükəmməl yazı bacarığı;
- Kitab həvəskarı olması böyük üstünlükdür;
- Detallara diqqətli olmaq;
- Yaxşı təşkilatçılıq və vaxtı idarə etmə bacarığı;
- Jurnalistika, marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür;
- Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı.

İş haqqında:
Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
Nahar: şirkət tərəfindən təmin olunur
İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Əmək haqqı: 500-600 AZN

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyə olunur.
Son müraciət tarixi: 2022.01.09