Könüllü təcrübə proqramı

Şirkət haqqında
Əmək haqqı
Təcrübə

İş haqqında

Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Təhlil, araşdırma sahələrində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
• MS Offise proqramlarında, xüsusilə Excel-də (pivot table) iş bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Məlumat bazası ilə işləmək;
• Ölkədə və xaricdə gömrük, logistika sahəsində yenilikləri araşdırmaq,
• Gömrük, logistika sahəsində tədqiqat aparmaq,
• Məlumatların təhlili və hesabatların hazırlanması;
• PR və promo aksiyalarda iştirak;
• Görüş və təqdimatların təşkili, iştirak;
• Mövcud və yeni araşdırılmış məlumatlar üzrə analitik təhlilin təmini;
• Logistika sahəsində yeniliklərin izlənməsi və təhlili.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 15 oktyabr 2021-ci il tarixinədək cv@absheronport.az ünvanına, mövzu hissəsində “Könüllü proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.