Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
500-700

İş haqqında

Namizədə tələblər
- Yaş: 21-35
- Təhsil: Ali təhsil (tibbi biliklər arzuolunandır)
- İş təcrübəsi: 1 ildən çox
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
- Microsoft Office (Word, Excel, Power Point) proqramları, elektron poçtdan istifadə

Əsas vəzifə öhdəlikləri
- Cari və şirkətə ilk dəfə müraciət edən müştərilərlə iş (müştərilərlə kommersiya danışıqlarını aparmaq və məhsulların satışını təşkil etmək);
- Şirkət daxili digər şöbələrlə müntəzəm işlərin aparılması (şikayətlərin araşdırılması, müqavilələrin hazırlanmasına nəzarət, hesabların/kredit notların /e-qaimələrin buraxılmasına nəzarət və sair).
- Müştərilərlə, yerli və xarici brokerlər və vasitəçilərlə yazışmalar, danışıqlar aparmaq və görüşlər keçirmək;
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək;

Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 500 azn – 700 azn (sığorta sahəsində təcrübəyə, həmçinin tibbi biliklərə əsasən təyin edilir)
- Şirkət tərəfindən güzəştli nahar

Məlumatlandırıcı qeydlər
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis “qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-08-14