Koordinator

Şirkət haqqında
Əmək haqqı
800-1000

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mağaza müdiri olmadığı halda onu əvəz etmək;
- Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
- Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
- Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
- Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
- VİP müştərilərə şəxsən xidmət göstərmək;
- Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
- Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;
- İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)

Tələblər:
- Ali təhsil;
- İdarəçilik üzrə müvafiq sahədə minimum 3 il təcrübə;
- Excel, Word, Power Point,1C biliyi;
- Rus və İngilis dil biliyi arzuolunandır;
- Əlaqə nömrəsi: 055-505-92-92
- Əmək haqqı: 800-1000+ bonus

Namizədlər CV-lərini “Koordinator (Gəncə)” başlığı ilə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-31