Korporatiş satış üzrə kiçik mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Korporatiş satış üzrə kiçik mütəxəssis (ofis daxili)

İş barədə məlumat
- Şirkətə daxil olan sifarişlərin qəbul edilməsi, hazırlanma və təhvil mərhələsinədək idarə edilməsi.
- Təqdim ediləcək siyahı və plan üzrə Korporativ müştərilər ilə kontaktların yaradılması , ilkin və təkrar görüşlərin təşkili və şirkət təqdimatının edilməsi,
- Görüş keçirilmiş müştərilərin hesabatını hazırlayaraq rəhbərliyə yazılı hesabat təqdim etmək.
- Müştəri bazasının formalaşdırılması və mövcud bazanın koordinasiya olunması, Mövcud müştəri sayını genişləndirmək və yeni korporativ müştərilər axtarmaq, Korporativ e-mail ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası
- Həftəlik, aylıq, illik hesabatların hazırlanması və Struktur bölmə rəhbərinə təqdim edilməsi / həftəlik və aylıq hesabatlar təqdim etmək (aylıq satış planları, yeni müştəri sayı, müştəri ziyarətləri, və s.)
- Müştəri məmnuniyyəti və müştərilərin saxlanmasına nail olmaq, Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi . Müştərilərlə əlaqədar hər hansı problem və ya çatışmazlığı vaxtında aşkarlamaq və müvafiq tədbirlər görmək
- Müştəri borclarının yığılması prosesində aktiv iştirak etmək; bu məqsədlə müştəri ilə ünsiyyətdə iştirak etmək.
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi

Tələblər:
- Ali təhsil (Texniki, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Yaş həddi: 20-30 yaş (xanım)
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
- Kompüter bilikləri: Ofis avadanlığı və MS Office proqramları ilə işləmək bacarığı
- İş qrafiki: 5 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.

CV-lərinizi cv@santral.az ünvanına " Korporatiş satış üzrə kiçik mütəxəssis " başlığı ilə göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-07-25