Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Korporativ biznes üzrə bazar araşdırmasının aparılması;
- Yeni məhsul və xidmətlərin yaradılması, eləcə də cari məhsul və xidmətlərin modifikasiyası üzrə zəruri tədbirlərin görülməsi;
- Korporativ biznesə aid məhsul və xidmətlər üzrə satış strategiyasının hazırlanması/inkişaf etdirilməsi ;
- Korporativ müştəri menecerlərinin satış bacarıqlarının artırılmasına dəstək göstərmək (təlimlər təşkil etmək);
- CRM və rəqəmsal satış kanalları ilə bağlı platformaların strateji inkişafı istiqamətində dəstək göstərmək;
- Korporativ biznes üzrə nəzərdə tutulan strateji layihələrin icra edilməsi.

Bizim üçün uyğun namizəd:
- Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür );
- Məhsul və xidmətlərin yaradılması sahəsi üzrə (product owner, product manager, bazar araşdırması, satış və marketinq planlaması və s.) təcrübəsi olan;
- Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları olan;
- Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi abbcareers@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ biznesin inkişafı şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Son müraciət tarixi: 2021-08-15