Korporativ hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri (qısa təsvir):
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Cəmiyyət daxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
- Qanunvericiliyə edilmiş əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.

Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Qanunvericiliyini mükəmməl bilməli;
- Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, Rus və İngilis dili biliyi mütləqdir;
- MS Office (Word, Excel, Power point), Opera bilikləri;
- Güclü ünsiyyət və hüquqi yazışma bacarıqları.

İş şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.
- İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ hüquqşünas” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021.12.15