Korporativ işlər üzrə hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Bakı Sığorta” ASC “KORPORATİV İŞLƏR ÜZRƏ HÜQUQŞÜNAS” vəzifəsinə işçi axtarışı elan edir.


Əsas vəzifə öhdəlikləri:
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə, o cümlədən filial və nümayəndəliklərə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktlarin göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək və bununla bağlı rəy vermək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
- Hüquq sahəsi üzrə azı üç il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
- Mülki, mülki-prosessual, İnzibati, inzibati-prosessual, həmçinin sığorta qanunvericiliyini mükkəməl bilmək;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Əla şəxsi keyfiyyətlər;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

İş şərtləri:
- Həftə içi 5 gün, saat 09:00-18:00-dək
- “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-08