Korporativ kreditlər üzrə aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Qəbələ.

Namizədə tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Son müraciət tarixi: 2022.02.06