Korporativ müştərilərlə iş üzrə koordinator

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Əsas vəzifə öhdəlikləri:
- Müştərilərlə sıx əlaqədə olmaq, onlarla zəng və ya email vasitəsi ilə rəsmi danışıqların aparılması, ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması;
- Təlim sorğusuna əsasən qiymət təklifinin hazırlanıb müştəriyə göndərilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Əldə olunan razılıq əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Maliyyə və digər sənədlərin müştəriyə göndərilməsi;
- Təlimlərin təşkili, koordinasiyası, təlimçi və şirkət arasında qrafikin təyin olunması;
- Müştəri ödəmələrinin təqibi və nəzarətdə saxlanılması;
- Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələlərin vəzifə səlahiyyəti çərçivəsində həll edilməsi;
- Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarının müvafiq bölmələrdən məlumat alaraq hazırlanması;
- Şirkətin satış həcminin artırılmasına dəstəyin verilməsi;
- Bölmə üzrə aylıq hesabatların hazırlanmasında birbaşa iştirakı;
- Gündəlik tapşırıqların nəticəsi barədə xətti menecerin məlumatlandırılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:
- Ali təhsil
- Korporativ əlaqələr üzrə ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür
- Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point işgüzar səviyyədə bilmək
- Müştəriyönümlü satış bacarığı
- Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
- Çevik işləmək bacarığı
- Dürüst və məsuliyyətli olmalı

Əmək haqqı: 400 AZN + bonus.
İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ müştərilərlə iş üzrə koordinator”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 31 oktyabr 2021 ci il.