Korporativ Satış meneceri

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Namizədə tələblər:
- Yaş: 25-45
- Təhsil: Ali (Satış və marketinq sahəsində)
- İş təcrübəsi: Korporativ satış sahəsində +3 il
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) İngilis (yaxşı)
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Müştəri yönümlü satış etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin cəlb edilməsi və onlarla işgüzar əlaqələrin qurulması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Məhsullar, keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılması;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:
- İş vaxtı 09:00 - 18:00
- İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Əmək haqqı 600AZN+bonus

Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-09-03