Korporativ Satış müdiri

Şirkət haqqında
Əmək haqqı
2000-2500

İş haqqında

Öhdəliklər:
- Tabeliyində olan işçilərə rəhbərlik etmək
- Satış proqramının hazırlanmasına nəzarət etmək
- Korporativ müştəri bazasının formalaşdırılması
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
- Satış gücünü idarə etmək
- Satış təmsilçiləri arasında iş bölgüsünü aparmaq
- Satışın satış təmsilçiləri tərəfindən düzgün aparılmasına nəzarət etmək
- Satış prosesini yaxından izləmək və bu prosesin gedişatı barədə direktora məlumat vermək
- Sənədləşmə prosesinə nəzarət etmək.
- Şöbədə çalışan işçilərin gördükləri işin effektivliyinin yükləldilməsi istiqamətində işləmək
- Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək

Namizədə tələblər:
- Ali təhsil
- Mövcud sahədə iş təcrübəsi- 5 il
- Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
- Yerli bazarın tələbatlarından xəbərdar olmalı
- 1C, MS Office - əla
- Azərbaycan, Ingilis dili- əla, Rus dili- arzuolunandır
- Sürücülük vəsiqəsi: B, BC
- Ezamiyyətlərə açıq
- Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalıdır

İş şərtləri:
- Ə/h 2000-2500 azn net + bonus
- Ünvan: Binəqədi ray., Mədən küç., 4.

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış müdiri” yazmaqla öz CV-lərini göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.10