Korporativ satış nümayəndəsi

Şirkət haqqında
Əmək haqqı
500

İş haqqında

- Şirkətə daxil olan sifarişlərin qəbul edilməsi, hazırlanma və təhvil mərhələsinədək idarə edilməsi.
- Təqdim ediləcək siyahı və plan üzrə Korporativ müştərilər ilə kontaktların yaradılması , ilkin və təkrar görüşlərin təşkili və şirkət təqdimatının edilməsi,
- Görüş keçirilmiş müştərilərin hesabatını hazırlayaraq rəhbərliyə yazılı hesabat təqdim etmək.
- Müştəriyə qiymət təklifinin hazırlanaraq təqdim edilməsi (Maliyyə şöbəsinin qiymət təsdiqindən sonra)
- Müştəri ilə Qiymət razılaşmasından sonra Sifariş barədə İstehsal müdirinə yazılı formada məlumat vermək. Təsdiq edilmiş müştəri sifarişləri haqqında gündəlik olaraq İstehsal müdirinə yazılı hesabat təqdim etmək.
- Müştəri bazasının formalaşdırılması və mövcud bazanın koordinasiya olunması, Mövcud müştəri sayını genişləndirmək və yeni korporativ müştərilər axtarmaq, Korporativ e-mail ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası
- Həftəlik, aylıq, illik hesabatların hazırlanması və Struktur bölmə rəhbərinə təqdim edilməsi / Həftəlik və Aylıq hesabatlar təqdim etmək (aylıq satış planları, yeni müştəri sayı, müştəri ziyarətləri, və s.)
- Müştəri məmnuniyyəti və müştərilərin saxlanmasına nail olmaq, Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi . Müştərilərlə əlaqədar hər hansı problem və ya çatışmazlığı vaxtında aşkarlamaq və müvafiq tədbirlər görmək
- Bazarda meydana gələn yeni iş sahələri və yeni şirkətlər barədə daim məlumat toplamaq və Struktur bölmə rəhbərinə hesabatlar təqdim etmək
- Müştəri borclarının yığılması prosesində aktiv iştirak etmək; bu məqsədlə müştəri ilə ünsiyyətdə iştirak etmək.
- E-mail və yazışmaların həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
- Korporativ nömrə, və balans şirkət tərəfindən təmin edilir

Tələblər:
- Təhsil : Ali
- Yaş həddi: 20-30 yaş
- Dil bilikləri: Azərbaycan dili və (qismən) rus dili
- Kompüter bilikləri: Ofis avadanlığı və MS Office proqramları ilə işləmək bacarığı

Şəxsi keyfiyyətləri:
- Operativ, məsuliyyətli və işə planlı yanaşan
- Komandada işləmək bacarığı və istəyi
- Daim öyrənmək və inkişaf etməyə meyilli
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı
- Gərgin iş qrafiki ilə işləmək bacarığı
- Şəxsi avtomobilinin olması üstünlükdür.

- İş qrafiki: 6 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500 AZN + bonus
- İş şəraiti: Poliqrafiya və reklam sahəsi
- Ünvan: Q. Qarayev m.st. yaxınlığı.

Zəhmət olmasa CV - lərinizi “Korporativ satış nümayəndəsi” başlığı ilə info@magenta.az ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)
Son müraciət tarixi: 2021-07-22