Korporativ satış şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
550-1130

İş haqqında

Namizədə tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı 550 azn – 1130 azn (əmək haqqı gross ilə qeyd olunub, namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir)
- Bonus və rüblük motivasiya

Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Son tarix: 2022.07.01