Korporativ satış üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
400-500

İş haqqında

Vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 18:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Sabit əmək haqqı sınaq müddətində 400 AZN
- Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV hr@bakisigorta.az elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-08-07