Korporativ satış üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil
- Minik, yük avtomobilləri, ağır tikinti və kənd təsərrüfatı texnikası sahəsində Korporativ satış üzrə minimum 1-3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə qabiliyyətli və təşəbbüskar olmalı
- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı olmalı;
- MS Office ilə qabaqcıl istifadni bilməli;
- Azərbaycan dilini səlist, rus və ingilis dillərindən birini yaxşı bilməli;
- Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinə malik olmalı
- Təqdimat bacarığına sahib olmalı;
- Yaş həddi: 25-45;

Vəzifə öhdəlikləri:
- Minik, yük avtomobilləri, ağır tikinti və kənd təsərrüfatı texnikası üzrə bazarın təhlili, araşdırmaların aparılması
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
- Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
- Ziyarət nəticələrinin izlənilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi

Əlavə məlumat:
- İş qrafiki: Həftə içi 6 gün, Bazar günü istirahət
- Əmək haqqı qarşılıqlı razılaşma əsasında

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Korporativ Satış üzrə mütəxəssis " sözünü qeyd etməklə hr@improtex.az elektron poçtuna göndərə bilərlər.
Son müraciət tarixi: 2021-08-25