Korporativ satış üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Kimlər müraciət edə bilər?
- 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
- Səlis və aydın nitq qabiliyyəti
- Müştəri yönümlülük, təqdimetmə bacarığı
- Yüksək ünsiyyətqurma, satış və inandırma bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki bilikləri

Korporativ satış üzrə mütəxəssis nə iş görür?
- Faktorinq xidmətlərinin satışı, təqdim olunması və yeni müştərilərin cəlb olunması
- Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması və mövcud kanalların təkmilləşdirilməsi
- Müştərilərlə vaxtaşırı görüşlərin keçirilməsi, satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz- satış imkanlarının inkişaf etdirilməsi
- Müştəri rəylərinə əsaslanaraq yeni məhsulların yaradılması ilə bağlı təkliflərin hazırlanması
- Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvləri ilə birgə işlənilməsi

Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son tarix: 2021-11-09