Kredit Analitiki

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
• Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
• Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
• Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
• Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
• Kredit portfelinin idarə edilməsi.
• Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.

Tələb olunan bilik, bacarıq və təcrübə:
• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
• Tələb olunan iş təcrübəsi: 0-1 il
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Kredit Analitiki” yazaraq göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 25.08.2021