Kredit Mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Ali təhsil (İqtisadi arzuolunandır);
- Səlis Azərbaycan dili biliyi, (Rus dili arzuolunandır);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Lombardda, bankda və ya BOKT-da təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik və təzyiqə davamlılıq;
- Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
- Qızılı qiymətləndirmək bacarığı olan namizədlərə üstünlük veriləcək;
- MS Office və ümumi kompüter bilikləri;

Öhdəliklər:
- Müştəri müraciətlərini qəbul etmək, girovu qiymətləndirmək və krediti sənədləşdirmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərlə uzunmüddətli əməkdaşlığı təmin etmək məqsədi ilə yüksək səviyyədə xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Müştərinin istəyini maksimal dərəcədə qarşılayacaq kredit və şərtlərini təklif etmək;
- Sistemdə gündəlik işin düzgün və vaxtı-vaxtında aparılması;
- Yeni kredit məhsulları və ona dair təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;
- Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək;

İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Şənbə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;

Vakansiya ilə maraqlanan şəxslərdən “CV”lərini email ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2022.02.06