Kredit proseslərinin inkişafı şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Bankdaxili prosesləri izləmək, təhlil etmək və onların təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
- Texniki tapşırığın hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
- Bankın İT bölməsi, biznes departamentləri və vendorlar ilə effektiv ünsiyyət qurmaq;
- Təkmilləşdirilməsinə ehtiyac olan prosesləri müəyyən etmək və araşdırmanın nəticəsi barədə hesabat təqdim etmək;
- Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
- Layihə və texniki sənədləşməni aparmaq;
- Şöbənin fəaliyyəti ilə bağlı daxil olan müxtəlif məzmunlu sorğuları cavablandırmaq.

Namizədə tələblər:
- Ali təhsil;
- Minimum 1 il bank sahəsində (əsasən kredit sahəsi üzrə) təcrübənin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyəti;
- Təhliletmə qabiliyyəti;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 iyul 2021-ci il tarixinədək email-in mövzu hissəsində Kredit proseslərinin inkişafı şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.